
Rövşən Binnətli "İdman TV"nin diretoru oldu
- 07 Yan 2023 17:15
- 530
Tanınmış aparıcı Rövşən Binnətli "İdman TV"də direktor vəzifəsinə təyin olunub.
Rekord.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb.
Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi və direktor vəzifəsini icra edirdi.
Rövşən Binnətli əvvəllər "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri və "CBC Sport" kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışıb.