Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi tarix məlum olub.

Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacaq.

“Əl-İstiqlal” komandasına qarşı baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Portuqaliyalı hücumçunun İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda verilmiş iki oyunluq cəzasının olması səbəbindən həmin müddətə qədər oynaya bilməyəcək.