
Ronaldonun oğlu “Mançester Yunayted”lə müqavilə bağladı
- 11 Fev 2022 14:21
- 770
Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldonun formasını geyindiyi İngiltərənin “Mançester Yunayted” klubu onun oğlu kiçik Kristiano ilə rəsmi müqavilə bağlayıb. Rekord.az xəbər verir ki, təqdimat mərasimindən görüntüləri ata Ronaldunun sevgilisi Corcinya Rodriqes “İnstagram” səhifəsində paylaşıb.
Həmin fotoda 11 yaşlı kiçik Kristiano “qırmızı şeytanlar”ın 7 nömrəli formasını nümayiş etdirib. O da atasının çıxış etdiyi nömrəni seçib. Kristiano daha əvvəl “Yuventus”un akademiyasında çıxış edib.
Ronaldo "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı hücumçu 2003-2009-cu illərdə də bu klubun formasını geyinib.