Ronaldonun komandası qrup mərhələsini darmadağınla başa vurdu
- 21:30
- 30
Asiya Çempionlar Liqası 2-nin qrup mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu turunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu öz meydanında İraq təmsilçisi "Əl-Zəvra"nı qəbul edib.
Matç meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçib və “Əl-Nəsr” rəqib qapısına 5 dəfə yol tapıb – 5:1.
Bu qələbə ilə Kristiano Ronaldonun komandası D qrupunu 18 xalla, yəni maksimum nəticə ilə lider kimi başa vurub. “Əl-Zəvra” isə 9 xalla ikinci yeri tutub.