
Ronaldodan qələbə şərhi
- 29 Okt 2022 10:20
- 392
"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Moldova "Şerif"inə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında yazıb:
"Əla komanda işi və yaxşı qələbə. Birlikdə irəli gedirik". 37 yaşlı futbolçu 3:0 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunu vurub.