"Mançester Yunayted"lə yolları ayrılan Kriştianu Ronalduya Səudiyyə Ərəbistanından daha bir elçi çıxıb. 

Rekord.az xəbər verir ki, portuqaliya ulduz "Əl-Hilal" klubunun maraq dairəsindədir. 

Məlumatı "Sky Sports" yayıb. 

Xəbərə görə, "Əl-Hilal" Ronaldunun transferini reallaşdırsa, hücumçusu Odiona İqalonu satışa çıxaracaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu da Ronaldunu almaq istəyir. Ötən yay portuqaliyalı forvarda mövsümlük 121 milyon avro əməkhaqqı ilə, 2 illik anlaşma təklif edilsə də, Ronaldu bu çağırışı geri çevirərək Avropada oynamağı üstün sayıb. "Əl-Nəsr" rəhbərliyinin 37 yaşlı forvardı yenə diqqət mərkəzində saxladığı və ona yeni təklif göndə biləcəyi qabardılıb