Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
- 22:00
- 27
Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Nəsr” doğma meydanda "Əl-Oxdud"u qəbul edib.
Rekord.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyükhesablı hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın əsas qəhrəmanı komandanın 40 yaşlı ulduz hücumçusu Kristiano Ronaldo olub. Portuqaliyalı ulduz 31-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək dubl edib.
Xatırladaq ki, hesabında 12 qol olan Ronaldo bombardirlər yarışında komanda yoldaşı Felikslə birlikdə liderliyi bölüşür.
Keçirdiyi 10 oyunun hamısında qalib gələn "Əl-Nəsr" 30 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Oxdud" isə 5 xalla 17-ci pillədə qərarlaşıb.