
Ronaldo DÇ-2026-da oynamaq istəyir?
- 21 Dek 2022 12:15
- 401
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo yığma ilə birlikdə DÇ-2026-da da oynamaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
37 yaşlı forvard hələ millidəki karyerasını başa vurmağı düşünmür. Ronaldonun məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparmaqdır.
Qeyd olunur ki, Portuqaliyanın DÇ-2022-dəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. İndi onu çətin dövr gözləyir. Forvard bu nəticəni qəbul etməyə çalışır.