Ronaldo bunu 14-cü dəfə bacardı
- 15:30
- 33
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo 2025-ci ildə vurduğu qolların sayını 40-a çatdırıb.
Rekord.az xəbər verir ki, o, bunu ötən gün ölkə çempionatının 11-ci turunda "Əl-Oxdud" komandası ilə matçda dubl etməklə bacarıb.
40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bir mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb.
Ronaldo daha əvvəl 2010-2018, 2020-2021 və 2023-2025-ci illər mövsümlərində buna nail olub. Onun ən yaxşı nəticəsi 2013-cü ildə, 63 qol olub.
Qeyd edək ki, Ronaldo karyerası ərzində ümumilikdə 956 qol vurub.