
Ronaldo bu göydələndə 17 otaq kirayələdi
- 09 Yan 2023 16:45
- 377
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçən Kriştiano Ronaldonun harada yaşayacağı məlum olub.
Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Ər-Riyadda yerləşən 99 mərtəbəli göydələndə - "Kingdom Tower"də yaşayacaq.
Onun elit oteldə 17 otaq kirayələdiyi və bunun üçün ayda 280 min avro ödəyəcəyi bildirilib. Ronaldo burada Çin, Yaponiya, Hindistan mətbəxindən faydalana biləcək.
Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb.