
Ronaldo 12 il idi belə aqibətlə üzləşmirdi
- 09 Fev 2022 14:00
- 474
“Mançester Yunayted”in futbolçusu Kristiano Ronaldo ardıcıl 5 oyundur ki, qol vura bilmir.
Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə belə uğursuz göstəriciyə imza atıb.
Ronaldo 2010-cu ildə “Real”da çıxış edən zaman ardıcıl 5 oyunda qol vura bilməmişdi.
Portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada 19 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.