Braziliyalı ulduz Ronaldinyo həmyerlisi Neymar haqda fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, Ronaldinyo Neymarı izləməkdən zövq aldığını deyib:

“Şübhəsiz ki, varisim Neymardır. Ölkəmizin əsas futbolçusudur. Meydanda cəsarətini itirməməsi, topla irəliləməsi, bacarıqlarını nümayiş etdirməsi çox vacibdir. Onu izləmək mənə zövq verir.

Kilian Mbappe mənə Ronaldonu xatırladır. Onu çox sevirəm. İstedadlı və möhtəşəm futbolçudur.

Xüsusilə Neymarla birlikdə oynamağa davam etsə, “qızıl top”u qazanacağını düşünürəm. PSJ dünyanın ən yaxşı futbolçularını heyətinə qatmağı bacarır”.

Ronaldinyo 2001-2003-cü illər aralığında PSJ-də çıxış edib.