“Roma”nın sabiq futbolçusu karyerasını bitirib
- 28 Noy 2025 16:00
- 146
İtaliyanın "Roma" klubunun və Fildişi Sahili yığmasının keçmiş hücumçusu Seydu Dumbiya peşəkar karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında bildirib.
37 yaşlı oyunçunun son klubu Malta təmsilçisi "Hamrun" olub.
Dumbiya karyerası ərzində İsveçrənin "Syon", "Yanq Boyz", "Bazel", İngiltərənin "Nyukasl", Portuqaliyanın "Sportinq", İspaniyanın "Jirona", Rusiyanın ÇSKA klublarında da forma geyinib.