Qış transfer dönəmində "Neftçi"dən ayrılan futbolçulardan biri də Romen Bask oldu. Çıxış etdiyi oyunlarda özünü heç də pis tərəfdən göstərməyən futbolçunun gedişi gözlənilməz oldu. Sonradan məlum oldu ki, müdafiəçi ailə problemlərinə görə "Neftçi" ilə müqaviləyə qarşılıqlı xitam verib.

 

Rekord.az-ın əldə etdiyi məlumata görə, Bask yayda yenidən "Neftçi"yə qayıtmaq istəyi haqda klub rəhbərliyinə fikrini çatdırıb.

 

"Neftçi" rəhbərliyi də futbolçunun bu istəyinə müsbət yanaşıb. Yəni yayda Baskı yenidən "Neftçi"də görə bilərik.