
“Roma”dan yeni rekord
- 16:20
- 33
İtaliyanın "Roma" klubu Avropa Liqasında yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, "canavarlar" bunu Fransada "Nitsa" komandasını I turun matçında məğlub etməklə gerçəkləşdirib.
Paytaxt təmsilçisi turnirdə ən çox qalibiyyət əldə edən kollektiv olub.
97-ci qələbəsini qazanan "Roma" bu göstəricidə İngiltərənin "Tottenhem" klubunu geridə qoyub.
İtaliya komandası sözügedən qarşılaşmada rəqibini 2:1 hesabı ilə üstələyib.