"Sabah" - "Neftçi" oyununda baş hakim Rəvan Həmzəzadənin əksər qərarları ciddi müzakirələrə yol açdı.

 

Rekord.az xəbər verir ki, həmin qərarlardan biri də hesab 1:0 olarkən "Neftçi"nin qapısına təyin olunmayan pebalti ilə bağlı oldu.

 

Belə ki, meydança sahiblərinin hücumu zamanı "Neftçi"nin müdafiəçisi Azər Salahlı qapı istiqamətinbə gedən topun qarşısını əllə kəssə də hakim "davam" işarəsi verdi. Bu isə "Sabah" tərəfinin ciddi narazılığı ilə qarşılandı. Həmin epizodu sizə təqdim edirik: