Rəsmi təklif olsa, "Neftçi" Donyonu satacaq
- 09 Yan 2023 11:00
- 640
İsrailin "Hapoel" (Təl-Əviv) klubunun "Neftçi"nin futbolçusu Qodsvey Donyonu istəməsinə dair xəbərlər dolaşır.
Rekord.az-a daxil olan məlumata görə, "Neftçi" rəhbərliyi bu futbolçunu satmağın əlehinə deyil.
Donyo onsuz da "Neftçi"də özünü tam olaraq sübut edə bilmədi və baş məşqçi Regekampfl da onun xidmətində o qədər də maraqlı deyil. Sadəcə, bunun üçün kluba rəsmi təklif olmalıdır.
Qeyd edək ki, Donyo "Neftçi"nin heyətində 21 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.