Rəşad Sadıqovu baş məşqçi postuna gətirən “Zirə”nin ilkin hədəfi məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, komanda yeni mövsümdə ilk “4-lük” üçün mübarizə aparacaq.

Avrokuboklara vəsiqə vacib şərt kimi qoyulmayacaq. Baş məşqçi ilə rəhbərlik arasında ilkin söhbət bu olub ki, “Zirə” ən azı 4-cü yer uğurunda mübarizə aparmalıdır.