Məlum olduğu kimi, ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 3:1 hesabı ilə məğlub edən "Neftçi" yarımfinala vəsiqə qazandı.

Rekord.az xəbər verir ki, bu oyunda hər şey fərli də ola bilərdi.

Əgər ikinci əlavə vaxtda Keyta penaltini dəqiq yerinə yetirə bilsəydi. Penalti qədər diqqət çəkən daha bir məqam isə zərbədən öncə Rəhim Sadıqovla Keytanın arasında zərbəni vurmaqa bağlı yaşanan qalmaqaldı. Yekunda zərbəni Keyta vurdu. Rəhim isə baş məşqçi Rəşad Sadıqovun qəzəbinə tutş gələrək əvəzləndi. Sual oluna bilər ki, penaltini vura bilməyən Keyta, baş məşqçi Rəhimə niyə əsəbləşib. Məsələ burasındadır ki, baş məşqçi Rəhimin etdiyi hərəkətlə Keytada əlavə psixoloji təzyiq yaratdığı qənaətindədir. Yəni "10 nömrə"nin hərəkəti topa yaxınlaşan Keytanı da gərginlik altında saxlayıb və o, özünü toparlayıb topa soyuq başqa zərbə endirə bilməyib. Rəşad Sadıqov da məhz bu ab-havanı pozduğu üçün Rəhimi əvəzləyib.