"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov qış fasiləsi dövründə legionerlərin vətənlərinə getməsini istəmir. 

Rekord.az xəbər verir ki, bunun səbəbi istirahət müddətinin az olmasıdır.

Belə ki, legionerlər vətənlərinə getsələr Yeni ili də orada keçirməli olacaqlar. "Zirə" isə hazırlıqlara erkən başlayacaq. Məsələn, bu gün istirahətə buraxılan futbolçular yanvarın 2-də bir araya gələcək. Bu isə o deməkdir ki, yanvarın 1-də artıq bütün futbolçular Bakıda olmalıdır. Dekabrın 31-də bayram keçirən futbolçu təbii ki, yanvarın 1-də Bakıda ola bilməyəcək. Normalda əcnənilər Azərbaycana yanvarın 5-də qayıdırdılar. Bu dəfə isə 1-də burda olmalıdırlar. Məhz bu durumu nəzərə alan Sadıqov bütün legionerlərinə Bakıda qalmağı və bayramlarınjı burada qeyd etmələrini tapşırıb.