“Renn”dən MLS klubuna
- 18:00
- 30
"Renn"in və İsveçrə millisinin hücumçusu Brel Embolo MLS-də çıxış edəcək.
Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu "Atlanta Yunayted"in oyunçusu olub.
Bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun müqaviləsi 4 illikdir.
Embolo 2025-ci ilin sentyabrında "Monako"dan 13 milyon avroya "Renn"ə keçib. O, ötən mövsüm bütün turnirlərdə 34 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Forvard İsveçrə millisinin heyətində meydana çıxdığı 92 oyunda 26 qol vurub.