Son turda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzan "Neftçi" bu turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi bu oyunda məşqçilər korpusu və futbolçuların qarşısında yalnlz qələbə şərti qoyub.

Çünki növbəti xal itkisi çempionluq yolunda ciddi zərbə sayılacaq. Artıq baş məşqçi və futbolçulara da Qəbələdən 3 xalla dönmək tapşırığı verilib.