"Şamaxı"ya 1:3 hesablı məğlubiyyətdən sonra tovuzli azarkeşlərlə "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov arasında insident yaşandı. Abbasov da oyunsonrası mətbuat konfransında bildirdi ki, bu cür narazılıqar davam etsə, o, komandadan gedə bilər.

Rekord.az-a daxil olan məlumata görə, olaya klub rəhbərliyi də müdaxilə edib.

Belə ki, baş məşqçi ilə görüşən komanda rəhbəriyi Abbasva inandığını açıqlayıb və bildirib ki, onun göndərilməsi heç müzakirə mövzusu deyil.