"Region Liqası" iki həftə öncə start götürməli olduğu halda, təxirə düşmüşdü. Səbəb çempioonatda oynayacaq komandalara verilməli olan formaların hələ də ölkəyə gətirilib çıxarılmaması idi.

Rekord.az xəbər verir ki, AFFA bu səbəbdən turnrin startını 1 həftə önə çəkmişdi.

Lakin maraqlıdır ki, çempionat ötən həftə də start götürməyib və yenə təxirə salınıb. Görünən budur ki, əksər komandaların oyuna çıxmağa forması yoxdur. Yəni AFFA forma verməsə, oyunlar da baş tutmayacaq. Elədirsə, bu komandaların çempionatda iştirakına necə icazə verilib? Axı federasiya dəfələrlə açıqlayıb ki, hər komanda çempionata buraxılmayacaq,onlardan maddi durumla bağlızəmanət kağızı alınacaq. Bu gün özünə forma ala bilməyən komanda sabah oyunlara hansı pulla gedəcək?