
Regekampfl "Zirə"yə də uduzsa...
- 27 Okt 2022 13:00
- 502
Son turlar uğursuz çıxış edən "Neftçi" 2-ci pilləni də əldən verib və lider "Qarabağ"la aradakı xal fərqi 8-ə yüksəlib. "Qarabağ"ın ehtiyatda bir oyunu da olduğunu nəzərə alsaq, bu fərqi 11 d\ hesab etmək olar.
Rekord.az-a daxil olan məlumata görə, yaranmış durum "Neftçi" rəhbərliyini də ciddi narahat edir və onlar yaranmış durumla bağlı rumıniyalıya xəbərdarlıq edib.
Tapşırıq qoyulub ki, "Neftçi" nə olur olsun, bu həftə "Zirə"ni məğlub etməlidir. Əgər komanda "Zirə"yə də məğlub olsa, o zaman 3-cü pilləni də itirəcək və "2-ci pillədə qərarlaşan "Sabah"la xal fərqi də xeyli açıla bilər. Məhz bu səbəbdən "Neftçi" rəhbərliyi Regekampflın qarşısına 3 xal tələbi qoyub. Komanda "Zirə"yə də uduzsa, o zaman Regekampflın postu laxlamağa başlayacaq.