
Regekampf "Styaua" məsələsini təkzib edib
- 08 Noy 2022 12:00
- 928
Xəbər verfiyimiz kimi, "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" komandasının sükanı arxasına keçməkdə israrlıdır.
Rekor.az "Fanatik.ro" nəşrinə istinadən xəbər verir ki, bu iddianı yerli jurnalist Horia İvanoviçi irəli sürüb.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis daim klub prezidenti Cici Bekaliyə zəng edir:
"Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".
Bizdə olan məlumata görə, "Neftçi" rəhbərliyi bu məlumat çıxandan dərhal sonra rumınyalı məşqçi ilə əlaqə saxlayb bu açıqlamaya aydınlıq gətirilməsini tələb edib. Regekampf isə.israrla bildirib ki, yayılan xəbər əsassızdır və o, "Neftçi"dən ayrılmağı düşünmür.