
Redniklə kim danışıq aparıb?
- 07 May 2025 11:00
- 241
Son günlər rumıniyalı məşqçi Mirça Rednikin adı "Kəpəz"lə hallanır.
Rekord.az xəbər verir ki, Rednik özü də Rumıniya mətbuatına açıqlamasında bunu təsdiqləyib.
Maraqlıdır ki, məşqçinin açıqlamasından sonra Gəncə təmsilçisi mətbuat xidməti səviyyəsində açıqlama verərək, bunu təkzib etdi. Hətta açıqlanadı ki, klub tərəfindən Rednikə nə təklif göndərilib, nə də onunla danışıq aparılıb. Maraqlıdır, klub tərəfindən heç bir təklif, danışıq olmayıbsa, rumıniyalı niyə belə açıqlama verib. Əldə etdiyimiz məlumata görə, Rednikə rəhbərlik tərəfindən heç bir təklif göndərilməyib. Lakin klubun yeni rəhbərliyində təmsil olunacaq şəxslərdən biri bu təşəbbüsü irəli sürüb və Redniklə də özü əlaqə saxlayıb. Təbii ki, klub rəhbərliyinin də razılığı alınıb. Amma söhbət belə olub ki, bu təklif klubun rəsmi təklifi kimi təqdim olunmayacaq. Əgər ictimai qınaq olarsa, klubun rəsmi mövqeyi təkzib olacaq.
P.S Aldığımız ən son mlumata görə, ictimaiyyər arasında kəskin reaksiya olduğunu görən "Kəpəz" rəhbərliyi "Rednik dəftəri"ni bağlayıb.