“Real”ın zədəlilərindən biri sıraya döndü
- 03 Yan 2026 16:00
- 126
"Real"ın sağ cinah müdafiəçisi və kapitanı Daniel Karvaxal zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
Onun İspaniya superkubokunda iştirak edə biləcəyi vurğulanır. Yanvarın 8-də "Real" yarımfinalda Madrid "Atletiko”su ilə qarşılaşacaq.
Xatırladaq ki, Karvaxal 2025-ci ilin oktyabr ayının sonunda sağ diz oynağından zədə almışdı. O, bu mövsüm bütün yarışlarda 8 matça çıxıb. Müdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.