“Real” yayda heyətini bir neçə futbolçu ilə gücləndirməyi planlaşdırır.

Rekord.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, artıq “Bavariya”nın futbolçusu David Alaba ilə razılıq əldə edilib.

Mövsümün sonunda Münhen klubundan ayrılacağı dəqiqələşən avstriyalı müdafiəçi Madrid təmsilçisinə azad agent kimi keçəcək.

Bundan başqa, PSJ ilə hələ də müqaviləsini yeniləməyən Kilian Mbappe və Dortmund “Borussiya”sından Erlinq Haaland “Real”ın əsas transfer hədəfidir.

Fransanın “Renn” klubunun 18 yaşlı yarımmüdafiəçisi Eduardu Kamavinqa da “kral klubu”nun maraq dairəsindədir.

Müdafiəçilər Serxio Ramos və Rafael Varanın komandadan ayrılacağı təqdirdə isə onların “Vilyarreal”dan Pay Torres və “Sevilya”dan Jyul Kunde ilə əvəzlənəcəyi planlaşdırılır.

Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə uduzaraq mübarizəni dayandıran “Real” La Liqada 74 xall 2-ci pillədə qərarlaşıb.