“Real”ın futbolçusu Kazemiro açıqlama verib.

Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi “Barselona”nın keçmiş futbolçusu, hazırda PSJ-də çıxış edən Lionel Messi haqda danışıb:

“Messi üçün heç darıxmamışam. “Barselona”da onun yoxluğunu hiss edirəm. O, hər kəsin aşiq olduğu bir oyunçudur.

Futbolu sevirsənsə, deməli, Messini də sevirsən. Mənə görə, tarixin ən yaxşı 3 futbolçusundan biridir”.