Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” klubunu üstələyən Madrid “Real”ı tarixində 14-cü dəfə turnirin yarımfinalına yüksəlib.

Rekord.az xəbər verir ki, İspaniya klubu bununla yarış tarixində özünə məxsus rekordu yeniləyib.

“Real”ın ən yaxın izləyiciləri İspaniyanın digər klubu “Barselona” ilə Almaniya çempionu “Bavariya”dır. Bu iki komanda 12 dəfə Çempionlar Liqasının yarımfinalında oynayıb.

Qeyd edək ki, “Real Madrid” “Liverpul”a ilk oyunda 3:1 qalib gəlib, İngiltərədə baş tutan cavab görüşündə isə qapılara qol vurulmayıb.