
"Real" 115 milyon avroya aldı, indi 50 milyona satır
- 11 May 2021 11:42
- 951
“Real” Eden Hazardın transfer dəyərini müəyyənləşdirib.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisi belçikalı yarımmüdafiəçini 50 milyon avroya satmağa razıdır.
Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
2019-cu ildə 115 milyon avro qarşılığında “Çelsi”dən “Real”a keçən Hazard, bu mövsüm La Liqada 11 oyunda 2 qol vurub.