
Rauf Əliyevlə bağlı "Kəpəz"ə müraciət yoxdur
- 09 Noy 2022 12:00
- 636
Məlum olduğu kimi, "Kəpəz"in baş məşqisi Tərlan Əhmədov tərəfindən cəzalanan Rauf Əliyev xeyli müddətdir əvəzedici komandaya göndərilib. Əhmədov isə bu yaxınlarda mediaya açıqlamasında bildirdi ki, Rauf məsələsi onun üçün bağlanıb və bir də bu mövzuya qayıtmayacaq. Bu isə o anlama gəlir ki, veteran hücumçunun Gəncə klubunda gələcəyi yoxdur.
Rekord.az xəbər verir ki, Raufun xidmətində "Şamaxı" maraqlıdır.
Lakin "Kəpəz"lə müqaviləsi olduğu üçün istər transfer. istərsə də icarə üçün məhz Gəncə klubuna müraciət olunmalıdır. Beləbir müracətin olub-olmamasını dəqiqləşdirmək üçün "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Mustafayev Raufla bağlı heç bir klubdan təklif almadıqlarını bildirdi.