
Rauf Əliyev qışda bu kluba keçir
- 02 Noy 2022 13:00
- 719
Rauf Əliyevin qışda "Kəpəz"dən ayrılacağı dəqiqləşib.
Rekord.az xəbər verir ki, Tərlan Əhmədov da "Qəbələ" ilə matçdan sonra keçirilən mətbuat konfransında Rauf Əliyev söhbətinin onun üçün bağlandığını açıqlamışdı.
Əldə etdiyimiz məlumata görə, hazırda "Kəpəz-2"də forma geyinən Rauf, qışda böyük ehtimalla "Şamaxı"ya keçəcək. Artıq tərəflər arasında ilkin danışıq da olub.