"Kəpəz"in əsas komandasından kənarlaşdırılan Rauf Əliyevə başqa klublardan təklif yoxdur.

Rekord.az-a daxil olan məlumata görə, təklif olacağı halda Gəncə təmsilçisindən azad agent statuslu vərəqini alıb həmin kluba keçəcək.

Əks halda isə qalıb əvəzedici komandada oynamağa davam edəcək. Əldə etdiyimiz məlumata görə "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov da Raufun çıxışından razıdır.