
Ranqnik Halandı yaşına görə Messi və Ronaldodan güclü sayır
- 10 Dek 2022 21:10
- 480
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Mançester Siti"nin hücumçusu Erkin Halandla bağlı maraqlı fikir səsləmndirib.
Rekord.az xəbər verir ki, "France Football"-a açıqlama verən mütəxəssis hətta norveçlini Messi və Ronaldo ilə də müqayisə edib.
Onun iddiasına görə, adı çəkilən ulduzlar bu yaşda bu cür olmayıb: "Yaşlarına görə müqayisə etsək Haland Messi və Ronaldodan daga güclü futbolçudur. Çünki heç bir futbolçu 22 yaşında bu cür keyfiyyətlərə sahib olmayıb".
Qeyd edək ki, Haaland 2022-ci ilin yayında Dortmund "Borussiya"ndan “Mançester Siti”yə keçib. 22 yaşlı norveçli hücumçu bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. 2019-cu ildən Haaland Norveç millisinə də çağırılıb.