Azərbaycanın tanınmış məşqçilərindən olan Ramiz Məmmədova İrandan təklif var.

Rekord.az-a bununla bağlı yeni məlumat daxil olub.

Belə ki, İranın I dəstə klublarından biri həmyerlimizin xidmətində maraqlıdır. Lakin Məmmədov hələlik bu təklifə cavab verməyib.

Qeyd edək ki, veteran futbolçu hazırda "Şamaxı" klubunda uşaq futbolu üzrə koordinator vəzifəsində çalışır.