Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün İsveçrəyə yola düşüb.

Rekord.az-ın əldə etdiyi xəbərə görə, PFL rəhbəri Ağdam komandası ilə birgə - klubun təşkil etdiyi çarter reysi ilə Sürixə yollanıb. Səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” - “Qarabağ” oyununu canlı izləməkdir.

Xatırladaq ki, bu görüş iyulun 27-də keçiriləcək. Komandaların Bakıdakı ilk oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.