Ramilə “Fənərbağça”da vəzifə verildi
- 09 Yan 2026 11:20
- 49
Azərbaycanlı yüngül atlet Ramil Quliyevə Türkiyənin “Fənərbağça” İdman Klubunda vəzifə verilib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyev klubun Atletika Şöbəsinə rəhbər təyin edilib.
Ramil Quliyev 2007-2011-ci illərdə Azərbaycanı sprint yarışlarında təmsil edib. O, daha sonra 2011-ci ildən Türkiyə vətəndaşlığı alıb və bu ölkənin bayrağı altında yarışlara çıxıb.