Rahil millinin heyətindən çıxarıldı
- 13 Okt 2025 12:30
- 124
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyundan öncəki son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.