
Qvardiola yeni transfer haqda danışdı
- 07 Fev 2022 13:43
- 455
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni transferləri Xulian Alvares haqda danışıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis deyib:
“Alvaresi birbaşa heyətə cəlb edə bilərdik. Amma kifayət qədər oyunçumuz var. O, yeni mövsümdə bizə qoşulacaq. İndilik “River Pleyt”də qalması daha yaxşıdır. Onun kimi bir futbolçuya sahib olduğum üçün xoşbəxtəm”.
Qeyd edək ki, “Mançester Siti” Alvaresi “River Pleyt”dən 18,5 milyon avroya transfer edib. 22 yaşlı hücumçu mövsümün sonuna qədər Argentina klubunda qalacaq.