
Qvardiola Qətərə getməyəcək
- 02 Noy 2022 10:00
- 377
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola DÇ-2022-nin oyunlarını izləmək üçün Qətərə getməyəcək.
Rekord.az xəbər verir ki, o, AS-a açıqlamasında matçları evdən izləməyin daha yaxşı olduğunu bildirib:
“Evdə qırmızı şərabla oyuna baxmaq daha yaxşıdır. Komanda bir neçə gün istirahət edəcək. Bundan sonra biz Əbu-Dabiyə gedib çempionatın bərpasına qədər yoldaşlıq oyunu keçirəcəyik. Futbolçuların dünya çempionatından sonra nə vaxt qayıdacaqlarını hələ bilmirik".
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.