"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, “Mançester Yunayted" formaya düşür. 

Rekord.az xəbər verir ki, BBC-ə açıqlamasında o, belə deyib: “Məndə belə bir hiss var ki, “Yunayted” qayıdır. Mən onlatın “Şerif”lə matçına və “Çelsi”yə qarşı oyununun ilk hissəsinə baxdım.  Düşünürəm ki, indi “Yunayted”də gördüklərimi bəyənirəm”.

Qeyd edək ki, hazırda “MY” Avroliqada öz qrupunda 2-ci, Premyer Liqada isə 6-cı yeri tutur.