“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Erik Qarsiya haqda danışıb.

Rekord.az xəbər verir ki, Qarsiya ilə “Barselona” maraqlanır.

Qvardiola isə əminliklə bildirib ki, Erik “Barsa”ya keçəcək: “Bəli, mən tam əminəm ki, o, getmək niyyətindədir. Amm a bunun qış, yoxsa yay transferi müddətində baş tutacağını deyə bilmərəm. Bunu klublar həll edəcək”.

Yayılan məlumatda bildirilir ki, “Barsa” rəhbərliyi müdafiəçini qışda transfer etmək istəsələr də, sonradan yaya qədər gözləməyə qərara veriblər. Erikin MS ilə müqaviləsi yayda başa çatdığından, İspaniya nəhəngi onu pulsuz əldə etməyi planlaşdırır.

Erik Qarsiya “Barsa” akademiyasının yetirməsidir və 2017-ci ildə 1,7 milyon avroya “Mançester Siti”yə keçib.