"Mançester Siti"nin baş məşqçisi Pep Qvardola karyerasını başa vuran Qaret Beyl haqda danışıb.

Rekord.az xəbər verir ki, o, "Manchester Evening News"a açıqlamasında uelsli futbolçunun qolf sevgisi ilə bağlı zarafat da edib:

“O, çox bahalı idi. Fantastik karyera, çoxlu kuboklar... O, Uels millisində 100-dən çox oyun keçirib. İndi Beyl əla qolfçu ola bilər”.

Qvardiola Beyli qolf oynamağa dəvət edib-etməyəcəyi sualına da cavab verib: “Bey indiyədək məşğul idi. Bəlkə indi onun vaxtı olacaq. Onu yenidən qolfa dəvət edəcəyəm”.

Qeyd edək ki, Beylin son klubu ABŞ-ın "Los-Anceles" klubu olub. O, karyerası ərzində "Sauthempton", "Tottenhem" və "Real"da oynayıb.