Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə kikboksinq idman növü üzrə uşaq və yeniyetmələr arasında Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, sektorunun əməkdaşları və məşqçi-müəllimlər iştirak etmişdir.

Yarışda müxtəlif yaş gurupları üzrə 70 nəfər idmançı mübarizə aparıb.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə mükafatlandırılmışlar.