Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyanın birlikdə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsinin 4-cü mərhələsinə start verilmişdir.

Rekord.az xəbər verir ki, bu mərhələdə Qusar şəhər 1 saylı və 3 saylı tam orta məktəblərinin 1-5 siniflərində təhsil alan 100 nəfərdən çox şagird iştirak edir.

Onlar kompleksinin məşqçiləri İlqar İsrafilov və Marina Mustafayevanın rəhbərliyi altında üzgüçülüyün sirlərinə yiyələnəcəklər.

Qeyd edək ki, təlim-məşqlər 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçiriləcək və sonda təlim-məşqlərdə iştirak edən şagirdlər arasında üzgüçülük üzrə yarış təşkil olunacaq.