Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş badminton idman növü üzrə Qusar rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilmiş yarışda 35 idmançı iştirak etmişdir.

Sonda gərgin mübarizə şəraitində keçirilən yarışın qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.