Qurbanovla İsmayılova PRO lisenziyası və diplomlar təqdim olundu
- 20 Dek 2022 16:00
- 399
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.
Rekord.az xəbər verir ki, Sənan Qurbanov və Zaur İsmayılova diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramın rəhbəri Aslan Kərimov təqdim edib.