Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Güləş İdman klubunda “İdman Həftəsi” çərçivəsində "5 mart- Bədən tərbiyəsi və İdman günü"nə həsr edilmiş sərbəst güləş idman növü üzrə yeniyetmə və gənc idmançılarla görüş keçirilmişdir.

Rekord.az xəbər verir ki, idmançıların iştirakı ilə müxtəlif nümunəvi çıxışlar təqdim edilmiş, sonda yarışlarda uğur qazanmış idmançılar fəxri fərmanlarla təltif edilmişdir.